Matyu yaşıl meydanlardan uzaq qalacaq
“Arsenal”ın fransız futbolçusu Matyu Flamininin vəziyyətinə aydınlıq gəlib.

29 yaşlı yarımmüdafiəçi oktyabrın 26-da “Kristal Pelas”la keçirilən çempionat oyununda zədə almışdı. Tibbi müayinədən sonra həkimlər Flamini ilə bağlı konkret diaqnoz qoyublar. Sözügedən futbolçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub. Bu məlumatı “Arsenal”ın baş məşqçisi Arsen Venger də təsdiqləyib.

Xəbər 844 dəfə oxundu.