Son gündə 3 lisenziya və 3 medal!
Bu gün İstanbulda dünya çempionatı başa çatıb. İdman.com.az saytı xəbər verir ki, mötəbər yarışın son günü bizim üçün daha məhsuldar alınıb. Sərbəst güləşçilərimizdən Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) London olimpiadasına lisenziya qazanmaqla yanaşı, bürünc mükafatlara da sahib çıxıblar.

Bununla da, bu növdə pəhləvanlarımız dünya çempionatını ümumilikdə 1 qızıl və 3 bürünc mükafatla başa vuraraq, komanda hesabında ilk 3 yerə daxil olub.

Xəbər 1094 dəfə oxundu.