Azərbaycan kuboku: 1/16 finala yekun vurulur | |
Bu gün Azərbaycan kubokunun 1/16 final mərhələsinə yekun vurulacaq. 1/8 finala yüksələn son komandanın adına Naxçıvanda aydınlıq gələcək. Burada birinci divizion təmsilçiləri - "Araz-Naxçıvan" və "Ağsu" üz-üzə gələcək. "Ağsu" birinci diviziounun son çempionu, "Araz-Naxçıvan" isə hazırkı çempionatın lideridir. Bu mənada maraqlı bir görüşün olacağı gözlənilir. Qeyd edək ki, oyunun qalibi 1/8 finalda "Simurq"la qarşılaşacaq. 30 oktyabr Azərbaycan kuboku, 1/16 final 14:00. “Araz Naxçıvan” – “Ağsu” İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu |
|
Xəbər 1048 dəfə oxundu. |
|
|