Şəkidə şəhər birinciliyi keçirilib
Şəki şəhər Gənclər və İdman İdarəsinin təqvim planına əsasən, böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədilə, oktyabrın 29-da Şəki şəhər stadionunda payız çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib.

20 komandanın iştirakı ilə keçirilən yarışda birinciyə Çeşməli kənd, ikinciyə 11 saylı, üçüncü yerə 8 saylı tam orta məktəbin komandası layiq görülüb.

Sonda qaliblər Şəki şəhər Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar.

Xəbər 854 dəfə oxundu.