Trezege Turinə qayıdır
"Yuventus"un keçmiş hücumçusu David Trezege Turinə qayıdacaq. Dekabrda yenidən İtaliyaya səfər edəcək fransız forvard turinli azarkeşlərlə rəsmən vidalaşmaq fikrindədir. 2000-2010-cu illər ərzində "Qoca Sinyora"nın şərəfini qoruyan Trezege gedişi zamanı azarkeşlərlə vidalaşa bilməmişdi. Mərasim dekabrın 14-də, "Yuventus" - "Sassuolo" matçından öncə baş tutacaq. Əlavə edək ki, "Yuventus"un heyətində meydana çıxdığı 320 oyunda Trezege 171 qol vurub.

Xəbər 853 dəfə oxundu.