Fergüssondan Moyesə dəstək
Aleks Fergüsson keçmiş klubu olan "Mançester Yunayted"in baş məşçqisi David Moyese dəstək çıxıb.

O, Britaniya mətbuatına açıqlamasında Moyesə və futbolçulara güvəndiyini deyib. Fergüsson bildirib ki, "qırmızı şeytanlar" mövsümə pis başlasalar da, sonda çempion olacaq gücə sahibdirlər:

"Mənim klubu çalışdırdığım vaxtlarda da Liqaya pis başladığımız vaxtlar olub. Ancaq biz geridən gələrək çempion ola biləcək yeganə komandayıq. Bu səbəbdən bu mövsüm "MY"nın Liqanı qazanacağını düşünürəm".

Qeyd edək ki, hazırda "MY" 14 xalla turnir cədvəlində 8-ci pillədədir.

Xəbər 842 dəfə oxundu.