Xerardo Martino: “Real”ın penaltisi verilməli idi”
"Barselona"nın baş məşqçisi Xerardo Martino La Liqada "Real"ı (Madrid) məğlub (2:1) etdikləri oyun haqda danışıb.

O, bu qarşılaşmada qələbə qazanmağa layiq olduqlarını deyib: "El Klassiko"da ilk hissədə daha yaxşı oynayan biz idik. İkinci hissənin ilk 25 dəqiqəsində "Real" üstün idi".

Madrid klubu bu görüşdə bir çox penalti epizodlarının olduğunu və hakimin qərarları Kataloniya klubunun xeyirinə verdiyi bildirib.

Bu barədə də danışan X.Martino qarşılaşma zamanı hakimin bir çox səhv qərarlar verdiyini etiraf edib: "Bəli, “Real”ın penaltisi verilməli idi. Ancaq daha bu matç geridə qaldı. Rəqibin oyunçularına cavab vermək düzgün deyil. Bir hakimi asanlıqla tənqid etmək olmaz. Çünki hər kəs səhv edə bilər”.

Qeyd edək ki, sözügedən matçda ilk hissədə "Barsa"nın futbolçusu Adriano əli ilə oynamış, ikinci hissədə isə Ronaldoya qarşı kobudluq olmuşdu. Ancaq hər iki epizodda hakim oyununu davam etdirilməsi ilə bağlı qərar vermişdi.

Xəbər 869 dəfə oxundu.