“Qalatasaray”da əfsanəvi Haci nəsli davam edəcək
Prezident Ünal Aysal verdiyi açıqlamada əfsanəvi futbolçu Georgi Hacinin oğlu İanis Hacini "Qalatasaray"da görmək istədiyin bildirmişdi. Artıq bununla əlaqədər Georgi Haci də öz mövqeyini ortaya qoyub: "İanis fərqli mövqelərdə oynaya bilən çox istedadlı oyunçudur. Hələ gənc olmasına baxmayaraq, sağ və sol ayaqlarından çox yaxşı istifadə edir. Onu “Qalatasaray”da oynayarkən görmək istəyirəm. Gələcəkdə də "Cim-bom"u təmsil edəcək".

Qeyd edək ki, Georgi Haci “Qalatasaray” tarixinin ən güclü legioneri hesab olunur.

Xəbər 966 dəfə oxundu.