“Yamamay” üzərində qələbə bizə əlazə güc verib”
Natavan Əfşar: “Qalatasaray”a qalib gələcəyimizə əminəm

“Sabah İstanbula yola düşürük. Bir gün sonra bizi çətin səfər matçı gözləyir. Hazırda bütün məşqlərimizi “Qalatasaray”la oyuna kökləmişik. Əgər öz oyunumuzu oynasaq, qələbə qazanacağımıza əminəm”. Bunu idman.com “Azəryol”un aparıcı voleybolçusu Natavan Əfşar deyib.

Təcrübəli toppaylayıcının sözünə görə, Avropa Çempionlar Liqasının qrup mərhələsinin ilk görüşündə evdə “Yamamay” üzərində qələbə onlara əlavə güc verib:

“İtaliya klubuna qalib gəlmək çox vacib idi. Zaman-zaman yaxşı oynadığımızı söyləyə bilərəm. Düzdür, asan səhvlərə də yol verirdik. Amma sonda qalib gəldiyimizə sevinirəm. Bu, “Qalatasaray”la matç öncəsi böyük motivasiya oldu”.

Xəbər 1103 dəfə oxundu.