Gəncədə şəhər açıq birinciliyi keçirilib
Oktyabrın 28-də Yunan roma güləşi üzrə oğlan və qızlar arasında Gəncə şəhər açıq birinciliyi keçirilib.

Gəncə OİK-də 64 nəfər oğlan, 44 nəfər qızların iştirkı ilə keçirilən yarışın məqsədi dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illik yubileyini qeyd etmək, şəhərin yığma komandasını müəyyən etmək olub.

Sonda oğlanlar arasında birinciyə TİM Gəncə, ikinciyə GİBİ, üçüncü yerə Şəmkir TİM; qızlar arasında birinciyə Bakı, ikinciyə Gəncə, üçüncü yerə Sumqayıt layiq görülüb.

Xəbər 1074 dəfə oxundu.