"Rəvan" ilk qələbə sorağında
Topaz Premyer Liqasının 12-ci turu paytaxt derbisi ilə əlamətdar olacaq.

Son turlarda inamlı çıxışı ilə irəliləyişə nail olan “İnter” geridə qalan 11 tur ərzində hamıdan çox - 21 qol buraxan “Rəvan”ı sınağa çəkəcək.

58. “İnter” (Bakı) – “Rəvan” (Bakı)
+5=0-0, top fərqi 12-2

Paytaxt derbisinə “İnter” aşkar üstünlüklə çıxacaq. Kaxaber Sxadadzenin yetirmələri indiyədək 5 dəfə qarşılaşdığı rəqibini həmişə məğlub edib. Xala həsrət qalan “Rəvan” səfərdə rəqibinin qapısına yol tapa bilmir.

30.10.2011 Rəvan (Bakı) - İnter (Bakı) 1:2
07.03.2012 İnter (Bakı) - Rəvan (Bakı) 1:0
04.10.2012 Rəvan (Bakı) - İnter (Bakı) 0:2
02.12.2012 İnter (Bakı) - Rəvan (Bakı) 2:0
25.08.2013 Rəvan (Bakı) - İnter (Bakı) 1:5

Xəbər 836 dəfə oxundu.