"Roma"dan yeni rekord
Bu mövsüm uğurlu çıxışı ilə seçilən "Roma" klubu yeni rekord qırıb.

Komanda dünən "Udineze" ilə matçda 1:0 hesablı qələbə qazanaraq ardıcıl 9-cu qalibiyyətini əldə edib.

Bununla da, ən yaxşı startını edən "Roma" klubu 9 oyunda 9 qələbə ilə tarixi rekorda imza atıb.

Qeyd edək ki, hazırda Roma təmsilçisi 27 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Xəbər 843 dəfə oxundu.