Ağcabədidə cüdo üzrə rayon turniri keçirilib
Oktyabrın 25-də Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Cüdo üzrə uşaq, yeniyetmə və gənclər arasında rayon turniri keçirilib.

Ağcabədi şəhər mərkəzi stadionunda 29 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi cüdo idman növünün inkişaf etdirilməsi olub.

Sonda 10-12 yaşlı uşaqlar arasında Bayram Həsənli (24 kq), Ruzi Əliyev (30 kq), Mirşahin Məmmədov (34 kq);14-15 yaşlı uşaqlar arasında Nurlan Şirinzadə (42 kq), Elnur Məmmədov (55kq) birinci yerlərə layiq görülüblər.

Xəbər 1013 dəfə oxundu.