Falkao: "Real" haqda danışmaq istəmirəm"
"Monako" klubunun hücumçusu Radamel Falkao qışda Madrid "Real"ına keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

27 yaşlı futbolçu hələlik bu haqda danışmaq istəmədiyini deyib:

"Təbii ki, "Real"da oynamaq istərdim. Ancaq hələ ki, bu haqda danışmaq istəmirəm. Çünki bu şərəfini qoruduğum kluba hörmətsizlik olar. Mən "Monako"da xoşbəxtəm və ayrılmaq niyyətim yoxdur".

Qeyd edək ki, daha öncə maliyyə məsələsində narazılıq yarandığından Falkaonun transferindən imtina edən "kral klubu"nun mövsümün sonunda yenidən kolumbiyalı futbolçu ilə danışıqlara başlayacağı bildirilir.

Xəbər 813 dəfə oxundu.