Sneyder 6 ildən sonra bacardı | |
Son qarşılaşmalarda göstərdiyi oyunla diqqət çəkən "Qalatasaray"ın futbolçusu Uelsli Sneyder altı il əvvəlki uğurunu yenidən təkrarlayıb. Yarımmüdafiəçi Superliqada komandasının "Kayserispor"u 4:1 hesabı ilə məğlub etdiyi matçda da fərqlənə bilib. Bununla da Sneyder bir klub forması ilə 6 illik fasilədən sonra ard-arda üç rəsmi matçda qol vurmağı bacarıb. Qeyd edək ki, bundan əvvəl hollandiyalı futbolçu 2007/2008 mövsümündə "Real" (Madrid) klubunda oynayarkən bu uğuru əldə edə bilmişdi. |
|
Xəbər 893 dəfə oxundu. |
|
|