Lerikdə mini-futbol yarışı keçirilib
22-24 oktyabr aylarında Lerik Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Sarxan Bəyəli oğlu Xanəliyevin xatirasinə həsr olunmuş məktəblilər arasında mini-futbol yarışı keçirilib.

Şəhər 2 saylı məktəbdə 72 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Sərxan Bəyəli oğlu Xanəliyevin xatirasinin yad edilməsi, futbol idman növünün inkişaf etdirilməsi, qaliblərin aşkar edilməsi, asudə vaxtin təşkili olub.

Sonda qaliblər aşkar olunub və mükafatlandırılıb.

Xəbər 1284 dəfə oxundu.