Busqets: "Real" hər zaman bəhanə axtarır"
"Barselona"nın futbolçusu Serxio Busqets "Real" (Madrid) klubunun məğlubiyyətdə "El Klassiko"da hakimi günahkar çıxartmasına münasibət bildirib.

O Madrid klubunun uduzanda hər zaman bir bəhanə axtardığını deyib:

"Real" hakimi səbəb göstərərək ağlayırmı? Onlar hər zaman bəhanə axtarırlar. Şikayət etmələri üçün bir səbəb yoxdur. Ən asan bəhanə hər zaman hakimdir. Bütün mövsüm onları günahlandıra bilməzsiniz".

Xəbər 1007 dəfə oxundu.