Kasilyas "İnter" və "Barselona"nın hədəfində
Daha öncə verdiyi açıqlamasında Madrid "Real"ından ayrıla biləcəyini deyən İker Kasilyas Avropa klublarının maraq dairəsinə düşüb.

İtaliya nəhəngi "İnter" klubu ispan qolkiperi transfer etməyi planlaşdırır.

"Real"ın əsas heyətindən kənarda qalan Kasilyasla "Barselona"nın da maraqlandığı bildirilir. Hər iki klubun qış transfer pəncərəsi dönəmində 32 yaşlı qapıçı ilə danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, 1999-cu ildən "Real"ın əsas komandasında çıxış edən Kasilyas bu komandanın heyətində 476 oyun keçirib.

Xəbər 901 dəfə oxundu.