"Barselona" Neymar üçün "Santos"a 25 milyon avro ödəyib
"Santos"un prezidenti Odilo Rodriqez sabiq futbolçuları Neymarın təzminat qiyməti barədə maraqlı açıqlama verib.

"Estadao"ya danışan klub prezidenti Kataloniya klubunun braziliyalı hücumçu üçün "Santos"a 57 milyon avro deyil, 25 milyon avro ödədəyini deyib.

O bildirib ki, Neymar "FİFA-nın Qızıl topu" sıralamasında ilk üçlükdə yer alacağı və ya futbolçu Braziliya klubu ilə keçiriləcək hazırlıq matçlarında oynamayacağı təqdirdə "Barsa" daha 6.5 milyon avro ödəyəcək.

Xəbər 862 dəfə oxundu.