Ueyn Runi Fergüssonun cavabını verdi
"Mançester Yunayted"in hücumçusu Ueyn Runi sabiq baş məşqçisi Ser Aleks Fergüssonun onun haqda dediklərinə münasibət bildirib.

İngilis futbolçu Fergüssonun "Runi son mövsümdə əvvəlki gücünü itirdi və yetəri qədər möhkəm deyil" sözlərinə belə cavab verib:

"Son zamanlar göstərdiyim oyunla Fergüssonun fikrini dəyişdirdiyini düşünürəm. O, geriyə getdi və yazdığı kitabında bəzi dəyişikliklər etdi. Karyerasını başa vurduqdan sonra onu heç görməmişəm. Ancaq bunlar artıq keçmişdə qaldı. Mən gələcəyə baxıram. Yeni baş məşqçi ilə özümü yenidən doğulmuş kimi hiss edirəm".

Qeyd edək ki, 2004-cü ildən "Mançester Yunayted"də çıxış edən Runi keçirdiyi 412 oyunda 202 qola imza atıb.

Xəbər 877 dəfə oxundu.