Neymardan ilk "El Klassiko" açıqlaması
Həftə sonu əzəli rəqibləri "Real" (Madrid) klubu ilə qarşılaşacaq "Barselona"nın futbolçusu Neymar "El Klassiko" haqda fikirlərini bölüşüb.

karyerasında ilk "El Klassiko"suna çıxacaq Neymar bu matçı heç vaxt unutmayacağını bildirib:

"Derbilər bütün futbolçular üçün önəmlidir. Hər kəs bu oyunlarda meydanda olmaq istəyər və əlindən gələnin ən yaxşısı edər. Bu, mənim ilk "El Klassiko"m olacaq və bu derbini heç vaxt unutmayacam".

Qeyd edək ki, "Barselona" - "Real" (Madrid) matçı oktyabrın 26-da, Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Xəbər 1013 dəfə oxundu.