Runi və Moyes bir-birini təriflədi
"Mançester Yunayted"in futbolçusu Ueyn Runi baş məşqçisi David Moyes haqda müsbət fikirlər səsləndirib.

Şotlandiyalı mütəxəssislə çalışmaqdan böyük zövq aldığını deyən ingilis hücumçu onu çox bəyəndiyini bildirib: "Moyesin sayəsində sanki yenidən dünyaya gəldim. O, güclü məşqçidir".

Moyes isə bu gün 28 yaşını qeyd edəcək Runini artıq fərqli bir futbolçu olduğunu deyib: "O, son zamanlarda uğurlu çıxışı ilə yadda qalır. Çoxları düşünür ki, Runi əvvəlki formasına qayıdıb. Amma məncə, indi o, daha fərqlidir”.

Qeyd edək ki, yay transferi pəncəsərində futbolçunun başqa kluba transferi gözlənilsə də, o, "MY"da qalmağı seçmişdi.

Xəbər 892 dəfə oxundu.