Azərbaycan-İspaniya - 3:2
Voleybol üzrə qadınlardan ibarət mili komandamızın Avropa çempionatının final mərhələsinə hazırlığı davam edir. Sentyabrın 11-də təlim-məşqlərdə iştirak etmək üçün millimiz İspaniyanın Barselona şəhərində yola düşüb. Yığmamız təlim-məşqlərlə yanaşı, İspaniya millisi ilə bir neçə görüşün keçirilməsini də plaşlaşdırır. Artıq bu görüşlərdən biri reallaşıb. İspaniya millisi ilə gücünü sınayan millimiz görüşdən qələbə ilə ayrılıb (3:2).
idman.com.az saytının məlumatına görə, 23 sentyabrda start götürəcək Avropa çempionatının final mərhələsində İspaniya millisi D qrupunda (Hollandiya, Bolqarıstan və Rusiya), Azərbaycan milli komandası isə B qrupunda (Türkiyə, İtaliya və Xorvatiya) mübarizə aparacaq. Millimizin çıxış edəcəyi B qrupunun oyunları İtaliyanın Monza şəhərində keçiriləcək. Oyun saatları aşağıdakı kimidir.
20:30 Türkiyə-Azərbaycan
23:30 İtaliya-Azərbaycan
20:30 Azərbaycan-Xorvatiya

Xəbər 987 dəfə oxundu.