Cavid Çələbiyev: “Almatıda himnimizi səsləndirməyə çalışacam”
Dünya çempionatında debüt edən Cavid Çələbiyev yarışın tapıntılarıdan sayıla bilər. Olimpiya oyunlarının bürünc mükafatçısı Tuqsqot Nayambayarı mübarizədən kənarlaşdıran boksçumuz bu gün hindistanlı Şiva Tapianı da üstələyərək, ən azı bürünc medalı özünə təmin etdi. Çələbiyev məhz Monqolustan idmançısı üzərində qələbədən sonra dünya çempionatında mükafatçılar sırasına düşə biləcəyinə inanıb: “Nayambayar adlı-sanlı idmançıdır. Açığı onunla görüşdən öncə bir qədər ehtiyat edirdim. Ancaq sonradan gördüm ki, onu məğlub edə bilərəm. Biz gərgin məşqlər keçmişik, bu yarışa yaxşı hazırlaşmışıq. Nayambayar üzərində qələbədən sonra hindistanlı boksçunu da məğlub edə biləcəyimə inanırdım. Bundan sonra məqsədim yarımfinal və final qarşılaşmalarında da qalib gələrək, Almatıda ölkəmizin himnini səsləndirməkdir. Yarımfinalda yerli boksçu Kayrat Yeraliyevlə görüşüm çətin olacaq. Amma qələbə qazanmaq üçün əlimdən gələni edəcəm”.

Xəbər 1127 dəfə oxundu.