Boks üzrə beynəlxalq turnir
17-20 oktyabr tarixlərdə Gürcüstanın Saçxari rayonunda Boks üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Bu turnirdə Astara Boks Mərkəzinin idmançıları məşqçilər - Tofiq Salmanov və Fərid Əsədullayevin rəhbərliyi ilə iştirak ediblər.

Ümumlikdə 160-ə qədər idmançının iştirakı ilə keçirilən yarışda Hüseyn Sadıxov (43 kq), İmaməli Məmmədov (46 kq), Fizuli Tağıyev (50 kq), Elmar Məmmədov (60 kq), Əli Xaniyev (52 kq) birinciyə, Kamil Kərimzadə (35.5 kq), İmaməli Həsənov (44, 5 kq) üçüncü yerə layiq görülüblər.

İdmançılarımızın belə bir nailiyyət qazanması sentyabrın 4-də ölkə prezidenti İlham Əliyev cənablarının Astaraya növbəti səfəri zamanı Astara Boks Mərkəzinin açılışında iştirak etməsi, idman kompleksinin yeniyetmə və gənclərin istifadəsinə verilməsi, o cümlədən məşqçilər Tofiq Salmanov və Fərid Əsədullayevin təlim məşqləri yüksək səviyyədə aparması nəticəsində mümkün olub.

Oktyabrın 22-də RİH başçısı Q.Ağayev Boks üzrə beynəlxalq turnirdə nailiyyətlər qazanmış idmançılar və məşqçilərlə görüşüb, onları təbrik edib və mükafatlandırıblar.

Xəbər 964 dəfə oxundu.