Məhəmmədrəsul Məcidov: “Baxımlı boks nümayiş etdirə bilmədim”
Dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (91+kq) Almatıda keçirilən mundialda ilk döyüşündən razı qalmayıb: “Artıq bir neçə gündür ki, dünya çempionatı davam edir. Mənsə, yarışda ilk döyüşümü indi keçirdim. Bu da müəyyən qədər psixoloji təsir göstərir. Amerikalı rəqibim də nə özü döyüşürdü, nə də mənə döyüşməyə imkan verirdi. Bütün görüşü zərbələrimdən qaçmağa çalışırdı. Mən daha baxımlı boks nümayiş etdirmək istəyirdim. Təssüff ki, alınmadı”. Məcidov 14 finaldakı rəqibi Maqomed Omarov haqda da fikirlərini bildirib: “Omarov da çox güclü idmançıdır. London Olimpiadasında mən daha yaxşı formada olduğumdan onu məğlub etmişdim. Bu dəfə də kim hazırlıqlı olsa, qələbə qazanacaq”.

Xəbər 1101 dəfə oxundu.