Lider xal fərqini artırdı
Sentyabrın 16-da və 17-də Azərbaycan Premyer liqasında VI turun oyunları keçirilib. Şənbə günü çempionatın lideri “Xəzər Lənkəran” “Qarabağ”ın qonağı olub. Birinci hissədə vurduqları yeganə qolla qalib gələn cənublular mövqelərini daha da yaxşılaşdırıblar. AZAL və “İnter”in qarşılaşmasında tərəflər bir xalla kifayətləniblər. “Simurq” isə evdə “Kəpəz”ə qalib gəlib.
Bazar günü keçirilən qarşılaşmalara gəlincə isə, "Bakı" səfərdə "Turan"a, "Neftçi" isə evdə "Qəbələ"yə eyni hesabla qalib gəliblər - 2:0. Çempionatın debütantları "Rəvan"la "Sumqayıt Şəhər"in qarşılaşmasında isə hesab açılmayıb.

17 sentyabr (şənbə)

16:00. "Qarabağ" - "Xəzər Lənkəran" - 0:1
Qol: Adrian Pit, 40

18:00. "Simurq" - "Kəpəz" – 4:2
Qollar: Robertas Poşkus, 6, Yevgeni Şmakov, 32, 70, Tofiq Mikayılov, 80; Yuri Fomenko, 19, Armand Feutchine, 76.

19:00. AZAL - "İnter" – 1:1
Qollar: George Bogihu, 49, Vladimir Levin, 87.

18 sentyabr (bazar)

16:00. "Turan" - "Bakı" - 0:2
Qollar: Uinston Parks, 43, Rəhman Hacıyev, 90+3.

17:00. "Rəvan" - "Sumqayıt Şəhər" - 0:0

18:30. "Neftçi" - "Qəbələ" - 2:0
Qollar: Rəşad Abdullayev, 64, Araz Abdullayev, 85.

Xəbər 1053 dəfə oxundu.