“Azəryol” İtaliya klubunu məğlub edib
Bu gün qadın voleybolçular arasında Avropa Çempionlar Liqasında yeni mövsümə start verilib. İdman.com.az xəbər verir ki, ölkəmizi bu mötəbər yarışda təmsil edən 3 klubumuzdan biri, “Azəryol” paytaxtda ilk matçına çıxıb.

Rəqib İtaliyanın “Yamamay” komandası olub. İlk setdə qonaqlar üstün oynayıblar. Amma “dəmiryolçular” görüşdə dönüş yaradıblar. Tay-brekdə təşəbbüsü əldən verməyən “Azəryol” avrokuboka qələbə ilə başlayıb - 3:2 (24:16, 25:20, 25:15, 17:25, 15:13).

Xəbər 840 dəfə oxundu.