Ernanes "Atletiko"ya keçə bilər
“Atletiko” heyətini “Latsio”nun yarımmüdafiəçisi Ernaneslə gücləndirmək istəyir. Bu barədə Sport Mediaset məlumat yayıb. Braziliyalı futbolçunun oyununu şəxsən madridlilərin baş məşqçisi Dieqo Simeone bəyənir. Argentinalı mütəxəssis Ernanesi komandasında görmək istəyir. Braziliyalı özü də karyerasını İspaniyada davam etdirməyin əleyhinə deyil. Futbolçunun mümkün transfer qiymətinin 25 milyon avro olduğu bildirilir.

Xəbər 1084 dəfə oxundu.