"Bavariya" "yeni Messi" ilə danışıqlara başladı
“Bavariya” Zaqreb “Dinamo”sunun yarımmüdafiəçisi Alen Haliloviçin transferiylə bağlı danışıqlar aparır. Avropanın futbol ekspertləri 17 yaşlı istedadlı xorvatiyalını Lionel Messi ilə müqayisə edirlər. Haliloviç bir sıra nəhənglərin maraq dairəsinə düşsə də, Münhen klubunun onu almağa daha yaxın olduğu bildirilir. Onun transferi mövsümün sonunda baş tuta bilər. Məhz həmin vaxt Haliloviçin “Dinamo” ilə müqavilə müddəti başa çatacaq.

Xəbər 852 dəfə oxundu.