Nuri Şahin: "Arsenal"dan qorxmuruq"
"Borussiya" (Dortmund) klubunun futbolçusu Nuri Şahin karyerası ərzində üç dəfə "Arsenal"a transfer olunmağa yaxın imiş.

Bu barədə yarımmüdafiəçinin özü Çempionlar Liqasında "Arsenal"la oyunöncəsi fikirlərini UEFA-nın saytına bildirərkən deyib:

"Karyeramda üç dəfə London klubunun formasını geymək üzrəydim. Ancaq heç biri reallaşmadı. İlk dəfə 16 yaşımda ikən danışıqlarımız oldu. Son olaraq 2012-ci ildə məni transfer etmək istəyirdilər. Ancaq mən "Liverpul"u seçmişdim".

Rəqib haqda da danışan N.Şahin bunları deyib: "Arsenal" səviyyəli klubdur, amma biz onlardan qorxmuruq. Öz oyunumuzu meydanda göstərəcəyimiz təqdirdə uğur əldə edəcəyik".

Qeyd edək ki, "Arsenal" - "Borussiya" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 883 dəfə oxundu.