Mourinyo cəzalandırıldı
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo bir oyunluq cəzalandırılıb.

Buna portuqaliyalı mütəxəssisin Premyer Liqanın 8-cu turunda "Kardiff"lə matç (4:1) zamanı kobud davranışları səbəb olub. O,görüşün hakiminin verdiyi qərarlara narazılığını sərt şəkildə bildirib.

Qeyd edək ki, təcrübəli çalışdırıcının oktyabrın 24-ə qədər qərara etiraz etmək hüququ var.

Xəbər 854 dəfə oxundu.