Fərid Quliyev Türkiyədə diqqət mərkəzinə düşdü
Milli komandamızın sabiq hücumçusu Fərid Quliyev “Kahramanmaraşspor”un heyətində növbəti dəfə forma geyinib. Zədədən qayıtdıqdan sonra heç “18-liy”ə düşməyən futbolçu dünən Antalyada keçirilən yoxlama oyunu zamanı meydana çıxıb.

Belə ki, Türkiyənin aşağı dəstə təmsilçisi İraq Premyer Liqası klublarından olan “Suleymani” ilə gücünü sınayıb. Qarşılaşmada hesabı start heyətində meydana çıxan Fərid Quliyev açıb. O, 25-ci dəqiqədə nigeriyalı hücumçu İzu Azukanın dirəkdən qayıdan zərbəsini qolla nəticələndirib. Ancaq 68-ci dəqiqədə “Suleymani”nin hücumçusu Farhan Şakor tarazlığı bərpa edib.

Xəbər 1188 dəfə oxundu.