"Bavariya"dan yeni rekord
Hazırda Bundesliqada 23 xalla birinci pillədə olan "Bavariya" özünə məxsus olan rekordunu yeniləyib.

Çempionatda "Mainz"ə 4:1 hesabı ilə qalib gələn Münhen təmsilçisi bu qələbə ilə məğlubiyyətsizlik seriyasını 34-yə yüksəldib.

Klub əgər bundan sonrakı iki oyunda da qalib gələrsə, Bundesliqa tarixi ərzində 36 matçlıq məğlubiyyətsizlik rekorduna sahib olan "Hamburq"a çatmış olacaq

Xəbər 875 dəfə oxundu.