"Qalatasaray"ın oyunu makedoniyalı referiyə tapşırıldı
Çempionlar Liqasının B qrupunda baş tutacaq "Qalatasaray" - "Kopenhagen" matçının baş hakiminin adı açıqlanıb.

"Türk Telekom Arena"da keçiriləcək matçı makedoniyalı Aleksandar Stavrev idarə edəcək.

Ona Maryan Kirovski və Deyan Kostadinov kömək edəcək.

Qeyd edək ki, "Qalatasaray" - "Kopenhagen" matçı oktyabrın 23-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 863 dəfə oxundu.