Şahmat klublarımız qələbə ilə başladı
Yunanıstanda şahmat üzrə klublararası Avropa çempionatına start verilib. Rodos adasında keçirilən yarışın ilk turu Azərbaycan klubları üçün uğurlu alınıb. Belə ki, son çempion SOCAR Norveçin “Oslo” klubu ilə qarşılaşıb. Komandamızın heyətində yalnız Fabiano Karuana heç edib. Digər zəka sahiblərimiz qalib gəliblər.

Çempionatda debüt edən “Odlar Yurdu” isə rəqibi “Sautron”a heç bir güzəşt etməyib. Təmsilçimizin heyətində bütün şahmatçılarımız 1 xala seviniblər.

SOCAR – OSLO (Norveç) - 5,5:0,5
Fabiano Karuana – Simyon Adqesteyn - 0,5:0,5
Veselin Topalov – Andreas Moen - 1:0
Qata Kamski – Ornulf Stabberud - 1:0
Şəhriyar Məmmədyarov – Olqa Doljikova - 1:0
Aniş Qiri – Kristian Triqstad - 1:0
Eltac Səfərli – Mats Person - 1:0

SAUTRON (Fransa) – ODLAR YURDU - 0:6
Rafal Lyubçinski – Emil Sutovski - 0:1
Nikolas Tripotye – Qədir Hüseynov - 0:1
Alban Delorme – Vasif Durarbəyli - 0:1
Yannis Obri – Nicat Abbasov - 0:1
Baptist Sorin – Vüqar Rəsulov - 0:1
Aurelien Qalant – Zaur Məmmədov - 0:1

Qeyd edək ki, bu gün SOCAR İsveçrənin “Lamhamns”, “Odlar Yurdu” Belçikanın “Amay” klubu ilə oynayacaq.

Xəbər 1131 dəfə oxundu.