“Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinə hazırlıqlar başlanıb
Noyabrın 22-dən 24-ə qədər Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq.

Sayca 6-cı dəfə keçiriləcək yarışda dünyanın 35 ölkəsindən 300-dən artıq idmançının iştirakı gözlənilir.

Azərbaycan Güləş Federasiyası yarışın hazırlıqlarını davam etdirir. Təşkilat Komitəsinin üzvləri müəyyənləşib və Tədbirlər Planına uyğun olaraq işlərin icrasına start verilib.

Yaxın günlərdə şəhərimizin mərkəzi küçələrində “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinin afişa və bannerləri asılacaq, monitorlarda yarışın video-anonsu yerləşdiriləcək.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək turnir 3 gün davam edəcək və “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.

Proqrama əsasən, yarışların ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Noyabrın 23-də qadın, 24-də isə sərbəst güləş üzrə qaliblər müəyyənləşəcək.

Xəbər 863 dəfə oxundu.