Azərbaycan çempionatının birinci mərhələsi başa çatıb
Oktyabrın 19-da Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ölkənin qərb bölgəsində velosiped idman növü üzrə ölkə birinciliyi başlayıb.

İdman.com.az-ın məlumatına görə, yarışın Şəmkir şəhərinin daxilində keçirilən birinci mərhələsi başa çatıb.

İlk olaraq oğlanlardan ibarət elit və U-23 kateqoriyasından olan velosipedçilər yarışmışlar. Onlar şəhər daxilində uzunluğu beş kilometr olan yolda 12 dəfə dövr etməklə, ümumilikdə, 60 kilometr məsafə qət ediblər.

Yarışda Nicat Niftəliyev, Elgün Əlizadə və Ayxan İltifatlı müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutublar.

Daha sonra U-17, U-15 oğlanların, həmçinin qızların yarışı başlayıb.. Onlar isə uzunluğu 5 kilometr olan dairəni dörd dəfə dövr edərək 20 kilometr yol gediblər

Bu yarışda Kənan Qəhrəmanlı birinci, Nicat Qarayev ikinci, Tərlan Məmmədov üçüncü nəticə göstəriblər.

Bu mərhələnin qaliblərinə medal və fəxri fərmanlar təqdim edilib.

Velosiped idmanı üzrə çempionat oktyabrın 21-dək davam edəcək. Yarışın sonunda nəticələr toplanacaq və bütün marşrutlar üzrə müəyyən olunmuş məsafəni ən qısa vaxtda qət etmiş velosipedçilər müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görüləcək.

Qaliblərə AVİF və Gənclər və İdman Nazirliyi tərəfindən medal, diplom və mükafatlar təqdim olunacaq.

Xəbər 941 dəfə oxundu.