Daha bir ulduz fubolçu karyerasını bitirir
"Milan" və İtaliya millisinin keçmiş oyunçusu və hazırda Kanadanın "Montreal İmpakt" klubunda forma geyən Alessandro Nesta futbolçu karyerasını başa vurmağa hazırlaşır.

37 yaşlı müdafiəçi qarşıdakı həftə futbolu buraxacaq. Nesta qarşıdakı illərdə baş məşqçi işləmək fikrində olduğunu bildirib.

Qeyd edək ki, müdafiəçi peşəkar futbola 1993-ci ildə "Latsio"da başlayıb. O, karyerası ərzində 101 dəfə Çempionlar Liqası, 407 dəfə A seriyasında forma geyib. Nesta İtaliya millisi ilə isə 78 oyunda iştirak edib.

Xəbər 1069 dəfə oxundu.