Hiddink Avstraliya millisinin təklifini rədd etdi
"Anji"nin sabiq baş məşqçisi Quus Hiddink Avstraliya Futbol Federasiyasının ona göndərdiyi təklifi rədd edib.

Bu barədə 66 yaşlı mütəxəssis "Mirror"a açıqlamasında deyib.

O, hələlik heç bir klubu çalışdırmaq istəmədiyini və dincəlməyə üstünlük verdiyini bildirib: "Uzun müddətdir ki, işləyirəm. Bir çox klub və milliləri çalışdırdım. Artıq nəfəs almağa ehtiyacım var. Mövsümün sonuna qədər işləmək istəmirəm. Sonra gələn təklifləri dəyərləndirəcəm".

Xəbər 880 dəfə oxundu.