Ruslan Abışovsuz "Rubin" uduzdu
Rusiya Premyer Liqasında 13-cü turun növbəti oyunları keçirilib.

Milli komandamızın üzvü Ruslan Abışovun çıxış etdiyi "Rubin" klubu səfərdə "Volqa"nın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son oyunlarda həmyerlimiz meydana çıxmaq şansı qazana bimirdi. DÇ-2014-ün seçmə mərhələsində millimizin heyətində Rusiyaya qarşı oyunda zədələnən Abışov bu oyunun da iştirak ərizəsinə salınmayıb. Onun iki həftə meydana çıxa bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, Kazan təmsilçisi hazırda 16 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.


21:15."Volqa" - "Rubin" - 2:1

Xəbər 514 dəfə oxundu.