Millinin baş məşqçisinin maaşı 7 aydır ödənmir
Nigeriya milli komandasının baş məşqçisi Stefen Keşi artıq 7 aydır ki maaş almır. Onun köməkçiləri də mart ayından etibarən maaşdan məhrum qalıblar. Bu məlumatı Nigeriya Futbol Federasiyası da təsdiqləyib. Bildirilib ki, hal-hazırda Federasiyanın maddi durumu yaxşı olmadığından , hətta iki qələbə üçün futbolçulara ayrılmış mükafat da verilməyib.

Xatırladaq ki, hal-hazırda DÇ-2014 üçün Nigeriya Efiopiya ilə mübarizə aparır.

Xəbər 1008 dəfə oxundu.