Konte Vidalı bağışladı
"Yuventus"un yarımmüdafiəçisi Arturo Vidalın adı bu gün "Fiorentina" ilə keçiriləcək oyunun iştirak ərizəsinə salınıb. Bu barədə Football İtalia məlumat yayıb.

Qeyd edək ki, Turin klubunun baş məşqçisi Antonio Konte Çili millisinin düşərhəsindən gec gəldiyinə görə futbolçunu cəzalandırmaq istəyirdi. Amma görünür, Vidal qayıdandan sonra tutarlı səbəb gətirə bilib.

Xəbər 833 dəfə oxundu.