Hakimlərimiz Ukrayna - Litva matçını idarə edəcək
Ölkəmizin həndbol hakimləri milli komandalar arasında görüşlərə növbəti təyinat alıblar. Erik və Emin Ağakişi qardaşlarından ibarət Avropa dərəcəli referi cütü otkyabrın 23-də Ukraynaya yolllanacaqlar.

Təmsilçilərimiz bir gün sonra, Avropa çempionatının seçmə mərhələsində 1-ci qrupda yerli qadın komandanın Litva yığması ilə görüşünü idarə edəcəklər.

Xəbər 1196 dəfə oxundu.