Nesta karyerasını başa vurdu
İtaliya futbolunun əfsanəvi müdafiəçilərindən sayılan Alessandro Nesta futbolçu karyerasını başa vurduğunu elan edib. "Monreal" - "Filadelfiya" oyunu onun peşəkar səviyyədə sonuncu matçı olub. Nesta karyerasının böyük hissəsini "Latsio" və "Milan"da keçirib. Bir sıra mükafatların sahibi olan futbolçu 2002-ci ildə "Latsio"dan "Milan"a 39 milyon avroya transfer olunmuşdu. Nesta İtaliya millisinin heyətində 2006-cı ildə dünya çempionatını qazanıb.

Xəbər 854 dəfə oxundu.