"Real"ın futbolçusu Premyer Liqa yolunda
"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Sami Xedira qışda komandadan ayrıla bilər.

Almaniyalı futbolçu ilə "Çelsi" klubu yaxından maraqlanır.

Təcrübəli futbolçunun da sabiq baş məşqçisi Joze Mourinyo ilə çalışmaq istədiyi bildirilir. Tərəflər arasında razılıq əldə olunarsa, Xedira yanvar ayından "Çelsi"nin formasını geyinəcək.

Qeyd edək ki, Xedira 2010-cu ildə "Ştuttqart"dan "Real" klubuna transfer olunub.

Xəbər 865 dəfə oxundu.