Droqba "Golden foot" mükafatını sata bilər
"Qalatasaray"ın futbolçusu Didye Droqbaya verilən "Golden foot" mükafatı satıla bilər.

"GS Store"nun meneceri Nurettin Kantarelli bu barədə fildişi sahilli hücumçu ilə danışacağını bildirib:

"Bu fikir bizdə var. Sadəcə onun ayaq izi olduğu mükafat deyil, başqa oyunçularla da bu barədə danışmaq niyyətindəyik".

Droqbanın bu təklifə nə cür cavab verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, 35 yaşlı futbolçu "Land of fire Azerbaijan" tərəfindən mükafatlandırılıb.

Xəbər 874 dəfə oxundu.