Fərrux İsmayılov yenidən "Bakı"ya qayıtdı
Azərbaycan milli komandasının sabiq hücumçusu Fərrux İsmayılovun yeni klubu müəyyənləşib. Şahin Diniyevin gəlişindən sonra “Rəvan” klubunun məşqçilər korpusundan göndərilən veteran hücumçu bundan sonra “Bakı”da çalışacaq. O, 2002-ci il təvəllüdlü oyunçulardan ibarət komandanın baş məşqçisi təyin olunub.

Qeyd edək ki, İsmayılov məhz “Bakı”dan ayrılaraq, “Rəvan”a üz tutmuşdu.

Xəbər 1015 dəfə oxundu.