İki idmançımız Toyota-Prado qazandı
Sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionu olan güləşçilərimizə Toyota Prado avtomobili hədiyyə ediləcək. Qızıl medalların sahiblərinə bu hədiyyəni Azərbaycanın tikinti şirkəti olan “Yeni Həyat” MTK təqdim edəcək.

Qeyd edək ki, İstanbulda ilk qızıl medalımızı qazanmış yunan-Roma güləşçimiz Rövşən Bayramovu (55 kq) yeni avtomobili Bakıda gözləyir.

PS. Bu gün dünya çempionatının sərbəst güləş yarışlarında qızıl medal qazanmış Şərif Şərifov (84 kq) da vəd edilən avtomobillə mükafatlandırılmaq hüququ əldə edib.

Xəbər 2715 dəfə oxundu.