Kaxaber Tsxadadze Daniel Genovu heyətə göndərib
“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze daha bir futbolçunun qələmini qırıb. Belə ki, çalışdırıcı bolqarıstanlı oyunçu Daniel Genovu əvəzedici heyətə göndərib.

İş ondadır ki, Genov təkcə əvəzedici heyətlərin oyunu zamanı ora göndərilmir, eyni zamanda əvəzedici heyətdə məşq edir. Bu isə o deməkdir ki, Genov, sən “İnter”ə lazım deyilsən.

Genovun qış fasiləsində yola salınma ehtimalı 99 faizdir. Əvəzedici heyətə göndərilən ikinci futbolçu isə Flavio Bek Juniordur. İspan futbolçu da qışda Genovun aqibətini yaşayacaq.

Xəbər 850 dəfə oxundu.